İran Milli Bankının Bakı filialı Azərbaycan Mərkəzi Bankının (AMB) verdiyi göstərişlərin icrası üzərində iş aparır.
Fins.az xəbər verir ki, bunu AMB-də keçirilən mətbuat konfransında qurumun baş direktoru Toğrul Əliyev bildirib.
Onun sözlərinə görə, AMB nəzarət çərçivəsində prosesləri monitorinq edir:
"İran bankı ilə bağlı məsələyə yenidən baxılacaq. Filialın maliyyə dayanıqlılığı göstəriciləri heç bir təhdid yaratmır. Digər göstəricilərlə bağlı iş davam etdirilir".
Fuad Mədətov
Fins.az