ABŞ-ın Beynəlxalq İnkişaf üzrə Maliyyə Korporasiyası Azərbaycanda bank sektorunun maliyyələşdirilməsində maraqlıdır.
Fins.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun baş direktoru Toğrul Əliyev bildirib.
"Bu ilin mayında Korporasiyanın nümayəndələrinin ölkəmizə səfəri təşkil edilib. Qurum artıq Azərbaycan banklarından biri ilə maliyyələşdirilmə layihəsinin icrasına başlayıb. Proses rəsmiləşdirmə fazasına keçib. Bu əməkdaşlıq banklarımızın müxbir münasibətlərinin inkişafına da ciddi dəstək olub. Azərbaycan banklarından biri bu yaxınlarda ABŞ-da müxbir hesab açıb", - deyə o qeyd edib.