Azərbaycan Mərkəzi Bankının (AMB) keçirdiyi valyuta hərraclarında tələbatın 2 dəfədən çox artması əsasən dövlət büdcəsindən xərcləmələrlə bağlıdır.
Fins.az xəbər verir ki, bunu AMB-də keçirilən mətbuat konfransında qurumun sədri Taleh Kazımov bildirib.
Bundan başqa, sədr deyib ki, bu ilin əvvəlindən təkcə yerli şirkətlər və fərdi sahibkarlar xarici tərəfdaşlarına olan borclarını bağlamaq üçün 800 milyon ABŞ dolları ödəniş edib.
"Eyni zamanda, dövlət xarici borcu ilə bağlı 1 milyard manatdan çox ödəniş edib. Bütün bunlar valyuta hərraclarında satışın artmasına təsir edir", - deyə T.Kazımov vurğulayıb.