Bu il üçün Azərbaycan neftinin orta qiyməti 84.9 ABŞ dolları, qazın 1000 kubmetrinin isə 296.1 ABŞ dolları olacağı proqnozlaşdırılır.
Fins.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 2025-ci ildə neftin orta qiyməti 83.8 ABŞ dolları, qazın 1000 kubmetri isə 332.5 ABŞ dolları proqnozlaşdırılır.
Fuad Mədətov
Fins.az