BANK

28 İyul

İnvestorlara depo hesablarının açılması zamanı xidmət haqqı tutulmayacaq

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti 1 dekabr 2020-ci il tarixli qərarı ilə təsdiqlənən “Milli Depozit Mərkəzinin xidmət haqları”nda dəyişiklik edib.

Fins.az xəbər verir ki, Mərkəzi Bankın İdarə Heyətinin 2024-cü il 11 iyul tarixli 28/2 nömrəli Qərarına əsasən, kütləvi təklif üsulu ilə yerləşdirilməsi nəzərdə tutulan səhmlərin əldə edilməsi üçün investorlara depo hesablarının açılması zamanı xidmət haqqı tutulmayacaq.