İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Green Talk” layihəsi çərçivəsində növbəti təlim keçirilib.
Fins.az xəbər verir ki,“İslahat Könüllüləri”nin təşəbbüsü ilə İİTKM-in Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi Yusif Məmmədov "Davamlı inkişaf və yaşıl bankçılıq" mövzusunda təqdimatla çıxıb edib.
Y.Məmmədov gənclərə “yaşıl bankçılıq” anlayışı, əsas prinsipləri və komponentləri, yaşıl bankçılığın ekoloji, iqtisadi və sosial faydaları, yeni texnologiyaların tətbiqi haqqında ətraflı məlumat verib. Həmçinin, yaşıl bankçılıqla ənənəvi bankçılığın fərqləri və üstünlükləri haqqında danışıb.
Təqdimat zamanı Y.Məmmədov tələbərlə yaşıl bankçılıq sahəsində ABŞ, Almaniya, Çin, Yaponiya və digər ölkələrin təcrübələrini bölüşüb və müxtəlif ölkələrin, maliyyə institutlarının enerji səmərəliliyi və yaşıl bankçılıq layihələrinə olan investisiyalarını təqdim edib. Təlimdə həmçinin Azərbaycanda yaşıl bankçılığın inkişafı, mövcud vəziyyət və perspektivlərə dair əsas məqamlar izah olunub. İnteraktiv keçən görüşdə gənclər mövzu ilə bağlı fikirlərini bölüşüb, suallarını ünvanlayıblar.
Qeyd edək ki, "Green Talk" layihəsinin əsas məqsədi “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkədə “yaşıl” düşüncənin formalaşmasına dəstək olmaqdır.