Bu ilin iyun ayında Azərbaycanda əhalinin əmanətləri 14 180,7 milyon manat təşkil edib ki, bu da 2023-cü ilin eyni ayının göstəricisini 11,2 faiz və ya 1 431,9 milyon manat üstələyir.
Fins.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən, cari ilin may ayına nisbətdə isə iyunda əmanətlərin həcmində 3,7 faiz və ya 502 milyon manat artım qeydə alınıb.
Xatırladaq ki, 2024-ci ilin yanvar ayının 1-nə ölkədə əmanətlərin həcmi 12 947,8 milyon manat təşkil edib.