Bu ilin yanvar-iyun ayları ərzində Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən verilmiş kreditlərin məbləğ üzrə 94,3 faizi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşür.
Fins.az xəbər verir ki, hesabat dövründə güzəştli kreditlərin sahibkarlıq subyektləri üzrə bölgüsündə mikro sahibkarların payı 69,7 faiz, kiçik sahibkarların payı 15,7 faiz, orta sahibkarlıq subyektlərinin payı isə 8,9 faiz təşkil edib.
2024-cü ilin ilk 6 ayı ərzində sahibkarların 2744 layihəsinin maliyyələşdirilməsinə 102,7 milyon manat güzəştli kredit verilib. Kreditlər hesabına 1556 yeni iş yerinin yaradılması nəzərdə tutulur.