Sənaye əhəmiyyətinə və əhali sayına görə ölkəmizin ən böyük şəhərlərindən olan Sumqayıtda bank xidmət və məhsullarını daha da əlçatan etmək üçün ABB burada yeni bir filial açıb. Beləliklə, ABB-nin hazırda Sumqayıtda xidmət göstərən filiallarının sayı 3-ə çatıb.
Fins.az xəbər verir ki, yeni yaradılmış filial Sumqayıt şəhəri, Heydər Əliyev prospekti 509 ünvanında fəaliyyətdədir. ABB-nin bu şəhərdəki digər filialları isə 13-cü mikrorayon, Üzeyir Hacıbəyov küçəsində və Səməd Vurğun küçəsi - 112/14 ünvanında müştərilərin xidmətindədir.
3 saylı Sumqayıt filialının binası da Bankın yeni brend kimliyinə uyğun qurulub. Müştərilərə ən yüksək səviyyədə xidmət üçün burada hər cür şərait yaradılıb. Fərdi və korporativ müştərilər ABB-nin Sumqayıtda yerləşən digər filialları kimi yeni filialda da müxtəlif növ kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi müxtəlif xidmətlərdən faydalana bilərlər.
Sumqayıt şəhərində ABB-nin daha bir filialının açılması bizneslərin və fərdi şəxslərin maliyyə xidmətlərinə çıxış imkanlarını genişləndirəcək.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.