BANK

29 May

PAŞA Bank 3 il ərzində kibertəhlükəsizlik üzrə yatırdığı investisiyanın məbləğini açıqlayıb

"PAŞA Bank" ASC 2021-2023-cü illərdə kibertəhlükəsizlik üzrə ümumi məbləği 6.5 milyon manat olan investisiya edib.
 
Fins.az xəbər verir ki, Paşa Bank-ın 2023-cü il üzrə maliyyə göstəricilərinə həsr olunmuş mətbuat konfransında bankın idarə heyətinin sədri Cavid Quliyev deyib.
 
Bank sədri bildirib ki, bank bu sahəni ölçən NIST standartı üzrə 2023-cü ilin yekunlarına əsasən 4.5 ballıq nəticəyə sahibdir.
 
Fuad Mədətov
Fins.az