Azərbaycan Mərkəzi Bankı (AMB) Türkiyənin zəlzələ risklərinin modelləşməsi üzrə ixtisaslaşan "Reasürans" şirkəti ilə əməkdaşlığa başlayıb.
Fins.az xəbər verir ki, bu barədə AMB-nin baş direktoru Ziya Əliyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu layihənin məqsədi katastrofik və zəlzələ risklərinin düzgün qiymətləndirilməsi, ölçülməsi və onun doğru şəkildə tənzimləmə çərçivəsinin inkişaf etdirilməsidir:
"Layihə digər dövlət orqanları ilə sıx işləməyimizi tələb edir. Çünki zəlzələ risklərinin qiymətləndirilməsi üçün zəlzələ ocaqlarını və onlarda aktivliyi düzgün ölçülməsi lazımdır. Eyni zamanda Azərbaycanda həm yaşayış, həm də qeyri-yaşayış tikililərin ehtimal olunan zəlzələlərə nə qədər dayanıqlı olmasını qiymətləndirilməsi vacibdir. Bu məqsədlə də layihə çərçivəsində müvafiq dövlət qurumları ilə işləyəcəyik".