BANK

04 Mart

FED sədri Paueldən "səbr"

ABŞ-da keçən həftə açıqlanan və qiymət təzyiqlərinin davam etdiyinə işarə edən əsas PCE məlumatlarının ardınca, FED sədri Jerome Powellin bu həftəki yarımillik təqdimatlarında faiz endirimlərində tələsməyəcəkləri mesajını daha da güclü şəkildə vurğulaması gözlənilir.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Pauell çərşənbə günü ABŞ Nümayəndələr Palatasının Maliyyə Xidmətləri Komitəsində, cümə axşamı isə ABŞ Senatının Bankçılıq Komitəsində çıxış edəcək.

Bu yaxınlarda danışan Fed sədri Powell və digər Fed rəsmiləri pul siyasətinin yumşaldılmasında səbirli olacaqları barədə şifahi göstəriş verdilər.

Bloomberg Economics-dən Anna Wong, Stuart Paul, Eliza Winger və Estelle Ou-ya ​​görə, Pauellin şahin mövqe tutacağı gözlənilir.

İqtisadçılar öz qeydlərində “FED-in faiz dərəcələrini azaltmağa tələsməməsi maliyyə şərtlərinin sərtləşməsinə səbəb olarsa, iqtisadiyyata təzyiq davam edəcək və monetar siyasətin əlavə gecikmiş təsirləri ehtimalını artıracaq” deyib.

Günel Məlikzadə
Fins.az