2023- cü ildə Azərbaycanda nağdsız ödənişlərin həcmi əhəmiyyətli dərəcədə artmış, təmassız texnologiyaların, elektron ticarətin istifadəsi genişlənib.
Fins.az bu barədə Azərbaycan Mərkəzi Bankının illik “Rəqəmsal Ödənişlər İcmalı”na istinadən xəbər verir.
Belə ki, 01.01.2024-cü il tarixinə dövriyyədə olan ödəniş kartlarının sayı 16.9 mln. ədəd təşkil edib və bu kartların 77%-i təmassız ödənişləri dəstəkləyib.
2022- ci il ilə müqayisədə ödəniş kartlarının sayı 24%, o cümlədən təmassız kartların sayı 32% artıb.
Emissiya edilən ödəniş kartlarının 87%-ni (14.7 mln. ədəd) debet kartlar, 13%-ni (2.2 mln. ədəd) isə kredit kartları təşkil edib. 2023-cü il ərzində ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların ümumi həcmi 2022-ci il ilə müqayisədə 56% artaraq 88.1 mlrd. manat, o cümlədən nağdsız ödənişlərin həcmi 2 dəfə artaraq 49 mlrd. manat olub.
Ödəniş kartları ilə aparılmış ölkədaxili əməliyyatlarda nağdsız hesablaşmaların xüsusi çəkisi 2022-ci il ilə müqayisədə 12.4% bəndi yüksələrək 55.6%-ə bərabər olub.
Fuad Mədətov
Fins.az