BANK

16 Fevral

FED SVB-nin iflasından sonra stress testi ssenarilərini açıqlayır

FED-in verdiyi açıqlamada, bu il 32 bankın stress testinə məruz qalacağı və bu bankların kommersiya və yaşayış əmlak bazarlarında, eləcə də korporativ borclarda artan streslə ciddi qlobal tənəzzülə qarşı sınaqdan keçiriləcəyi bildirilib.

Fins.az xəbər verir ki, hipotetik tənəzzül ssenariləri altında bankların dayanıqlığının stress testləri ilə qiymətləndiriləcəyi qeyd edilib və bu ssenarilərin iqtisadi proqnozlar olmadığı vurğulanıb.

Bu ilki ssenaridə ABŞ-da işsizlik nisbətinin 6,5 bal artaraq 10 faiz zirvəyə çatdığı bildirilən açıqlamada, bu artımın ciddi bazar dəyişkənliyi, korporativ istiqraz marjalarında genişlənmə, "aktivdə çökmə" ilə müşayiət olunduğu vurğulandı. Mənzil qiymətlərində 36%, ticarət daşınmaz əmlak qiymətlərində 40% eniş eniş olub".

Əhəmiyyətli biznes əməliyyatları və ya saxlama fəaliyyətləri olan iri banklar gözlənilməz defoltlarla bağlı potensial itkilərini qiymətləndirmək üçün ssenari komponenti daxil etməlidirlər, bəyanatda deyilir.

Günel Məlikzadə
Fins.az