BANK

15 Fevral

Ötən il İKZF-nin zəmanəti ilə 85 milyon manat kredit verilib

2023-cü il ərzində İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) zəmanəti ilə müvəkkil banklar tərəfindən 204 sahibkara 85 milyon manat kredit verilib. Bu barədə “vergiler.az”a Fonddan məlumat verilib.

Bildirilib ki, zəmanət verilmiş kreditlər, əsasən, iqtisadiyyatın turizm və ictimai iaşə, ticarət, tikinti və kənd təsərrüfatı, sənaye sektorlarına, eləcə də sənaye məhsullarının istehsalı və emalı, qida sənayesi məhsullarının, habelə maşın və avadanlığın istehsalına yönəldilib.