BANK

31 Yanvar

İngiltərə Bankından HSBC-yə 57,4 milyon funt sterlinq cərimə

BoE-dən verilən açıqlamaya görə, HSBC Bank və HSBC UK Bankın uzun illər əmanətçilərin mühafizəsi qaydalarında tələbləri lazımınca yerinə yetirmədiyi müəyyən edilib.

Fins.az xəbər verir ki, HSBC Bank 2015-2022-ci illərdə, HSBC UK Bank isə 2018-2021-ci illərdə bu tələbləri yerinə yetirə bilməyib.

Beləliklə, HSBC əmanətlərin qorunması, identifikasiyası və bildirişi ilə bağlı uğursuzluqlara görə 57,4 milyon funt sterlinq məbləğində cərimələnib.

Cərimə BoE daxilində Prudensial Tənzimləmə Qurumunun (PRA) indiyə qədər tətbiq etdiyi ikinci ən yüksək cərimə idi.

Günel Məlikzadə
Fins.az