Pacific Investment Management Co. (Pimco) həmtəsisçisi və keçmiş CIO Bill Gross Fed-in tənəzzülün qarşısını almaq üçün balansını azaltmağı indi dayandırmalı və yaxın aylarda faiz dərəcələrini azaltmağa başlamalı olduğunu söylədi.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Qross Fed-in rəhbəri olsaydı hansı siyasətə əməl edəcəyi sualına belə cavab verdi: “Kəmiyyət sərtləşdirməsini dayandırardım. İndiki məqamda kəmiyyət sərtləşdirməni davam etdirmək düzgün fəlsəfə və siyasət deyil. Yaxın 6-12 ay ərzində mərkəzi bank faiz dərəcələrini aşağı salmalıdır".
ABŞ-da real faiz dərəcələrinin çox yüksək olduğunu bildirən Qross, "iqtisadiyyatın ciddi tənəzzülə girməsinin qarşısını almaq üçün" gəlirlərin təxminən 1-1,5% arasında enməsini görmək istədiyini söylədi. Borclanmanın real dəyərinin ölçüsü olaraq görülən 10 illik inflyasiya indeksli istiqrazların gəlirliliyi oktyabr ayında 2,6% ilə son 15 ilin ən yüksək səviyyəsinə yüksəldi. Hazırda məhsuldarlıq təxminən 1,8 faizə düşüb.
Goldman Sachs-ın baş iqtisadçısı Jan Hatzius da FED-in ABŞ iqtisadiyyatında yumşaq eniş əldə etmək yolunda olduğunu və mart ayında faiz dərəcələrini azaltmağın "məntiqli" göründüyünü söylədi. Bununla belə, bazarlarda mart ayı üçün faiz endirimi qiymətləri son açıqlanan məlumatlar və Fed rəsmilərinin açıqlamaları ilə 37%-ə düşüb.
Günel Məlikzadə
Fins.az