BANK

22 Yanvar

ABB ölkəmizdə ilk metal ödəniş kartını təqdim edib

Bir çox yenilikləri ölkəmizin bank sektoruna gətirən ABB daha bir ilkə imza atıb. Bank metal kartı bazara təqdim edib. Bu kart yalnız ABB-nin imtiyazlı müştəriləri üçün nəzərdə tutulub. Sahibinin status və imtiyaz simvoluna çevriləcək kartın bir çox üstünlükləri var.

  • Metal kart sahibinin statusunu vurğulayan mükəmməl dizayna malikdir.
  • Kart sahiblərinin istənilən məsələləri operativ şəkildə həll etməyə hazır olan fərdi xidmətlərə anında çıxış imkanı var.
  • Kart səyahət, alış-veriş və əyləncə zamanı eksklüziv təkliflərdən geniş istifadə imkanı yaradır.

 Fins.az xəbər verir ki, metal kart haqqında ətraflı məlumatları buradan əldə edə bilərsiniz: Visa, Mastercard

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən, ABB mobile tətbiqindən  və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.