"Bank Avrasiya" ASC 2023-cü ilin IV rübü üzrə cəmi aktivləri 184 milyon 537,78 min manat təşkil edib.
Fins.az "Bank Avrasiya"ın ötən ilin yekun maliyyə hesabatına əsasən xəbər verir.
Məlumata görə, bankın cəmi aktivləri 2023-cü ildə 2022-ci illə müqayisədə 39 milyon 730,49 min manat və ya 17,7% azalıb.
Fuad Mədətov
Fins.az