BANK

22 Yanvar

"Xalq Bank"ın aktivləri 15%-ə yaxın artıb

"Xalq Bank" ASC 2023-cü ilin IV rübü üzrə aktivləri 3 milyard 82 milyon 547 min manat təşkil edib.

Fins.az "Xalq Bank"ın ötən ilin yekun maliyyə hesabatına əsasən xəbər verir.

Məlumata görə, bankın cəmi aktivləri 2023-cü ildə 2022-ci illə müqayisədə 397 milyon 477 min manat və ya 14,8% artıb.

Fuad Mədətov
Fins.az