BANK

21 Yanvar

Yaponiyada inflyasiya 2,6% olub

Yaponiyanın əsas inflyasiya səviyyəsi noyabrda 2,8 faizdən dekabrda 2,6 faizə düşüb və 2022-ci ilin iyun ayından bəri ən aşağı səviyyəyə çatıb.

Fins.az xəbər verir ki, təzə ərzaq qiymətlərini nəzərə almayan Yaponiyanın əsas inflyasiya səviyyəsi də iqtisadçıların gözləntilərinə uyğun olaraq noyabrda 2,5 faizdən 2,3 faizə düşüb.

Təzə ərzaq və enerji qiymətlərini nəzərə almayan və Yaponiya Bankı tərəfindən yaxından izlənilən "əsasdan nüvəyə" inflyasiya faizi noyabrda görülən 3,8 faizdən bir qədər aşağı olmaqla 3,7 faiz təşkil edib.

Günel Məlikzadə
Fins.az