BANK

18 Yanvar

AYİB müxtəlif sahələrdə Azərbaycana dəstək olacaq

İqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti Yurgen Riqterink ilə görüşüb.

Fins.az xəbər verir ki, bunu Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Davos İqtisadi Forumu çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti Yurgen Riqterink ilə görüşdə AYİB – Azərbaycan əməkdaşlığının bərpa olunan enerji sahəsində genişləndirilməsinin əhəmiyyətini, ölkəmizin beynəlxalq təşəbbüslərdə fəal təmsilçiliyini və COP29 tədbirinin ölkəmizdə keçirilməsinin perspektivlərini vurğuladıq. AYİB-in bu istiqamətdə Azərbaycana dəstəyi ifadə olundu".

Fuad Mədətov
Fins.az