Fed üzvü Christopher Ualler faiz dərəcələrini diqqətlə aşağı salmalı olduqlarını söylədi. Kristoferin açıqlamaları bazarda böyük maraqla izlənilərkən, bazar iştirakçıları mart ayında FED-in faiz endirimi ehtimalından qorunmaq üçün SOFR opsion müqavilələrinə müraciət etdilər.
Fins.az xəbər verir ki, bütün il üçün faiz endirimi gözləntiləri azalsa da, bəzi bazar treyderləri mart ayından faiz dərəcələri üçün hedcinq etməyə başladılar.
Keçən cümə günü gözləniləndən daha aşağı olan istehsalçı qiymət inflyasiyası məlumatlarından sonra SOFR ilə əlaqəli opsion müqavilələrinə maraq artsa da, bəzi investorların 50 baz bəndlik faiz dərəcəsi endiriminə qarşı özlərini hedcinq etdikləri görüldü.
Opsion bazarında aktivlik davam edib. İnvestorlar, əsasən 25 bazlıq Fed-in Mart faiz dərəcəsi endirimindən hedcinq etmək üçün SOFR opsion müqavilələrinə müraciət etdilər.
Mart ayı üçün faiz svoplarında 0,19 faiz bəndi faiz endirimi Cümə günü qiymətləndiyi halda, Wallerin açıqlamalarından sonra bu qiymət 0,15 faiz bəndinə enib.
Günel Məlikzadə
Fins.az