BANK

13 Yanvar

Özbəkistanın ehtiyatları 1,2 milyard dollar azalıb

Özbəkistan Mərkəzi Bankı ölkənin qızıl-valyuta ehtiyatları ilə bağlı məlumatları açıqlayıb.

Fins.az xəbər verir ki, ölkənin qızıl-valyuta ehtiyatları 2023-cü ildə 1 milyard 203 milyon dollar azalaraq 1 yanvar 2024-cü il tarixinə 34 milyard 564 milyon dollara çatıb.

2022-ci il yanvarın 1-də 11 milyard 645,4 milyon dollar olan ölkənin valyuta ehtiyatları ötən il 2 milyard 275,9 milyon dollar azalaraq 9 milyard 369,5 milyon dollar olub. 2022-ci il yanvarın 1-də 23 milyard 64 milyon dollar olan ölkənin qızıl ehtiyatları 2023-cü ildə 1 milyard 568 milyon dollar artaraq 24 milyard 632 milyon dollara çatıb. Ölkənin qızıl-valyuta ehtiyatlarının qalan hissəsini digər qiymətli kağızlar təşkil edirdi.

2022-ci ildə ölkənin qızıl-valyuta ehtiyatları 2021-ci ilə nisbətən 2 milyard 330 milyon dollar artaraq 2023-cü il yanvarın 1-nə 35 milyard 767 milyon dollara çatıb.

Günel Məlikzadə
Fins.az