BANK

08 Yanvar

2023-cü ildə 64 mindən çox vətəndaş kredit tarixçəsini əldə edib - Mərkəzi Bank

Mərkəzləşdirilmiş Kredit Reyestri Sistemində vətəndaşların onlara aid məlumatlara çıxış imkanlarının təşkil edilməsi məqsədilə Mərkəzi Bankın “bir pəncərə” prinsipli Elektron Xidmətlər Portalında 2023-cü il yanvarın 9-dan istifadəyə verilmiş xidmətdən ötən il ödənişsiz şəkildə öz kredit tarixçələri barəsində məlumat əldə etmiş vətəndaşların sayı 64 min nəfərdən, kredit hesabatlarının sayı isə 201 mindən çox olub.

Fins.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.

Bildirilib ki, vətəndaşlar real vaxt rejimində Elektron Xidmətlər Portalında yeni yaradılmış səhifəyə (//accr-portal.e-cbar.az) “Asan Login” vasitəsilə daxil olaraq ödənişsiz şəkildə öz kredit tarixçələrini nəzərdən keçirə bilərlər (say məhdudiyyəti yoxdur).

Fuad Mədətov
Fins.az