BANK

05 Yanvar

Avrozonada inflyasiya artıb

Dekabr ayında Avrozonada istehlak qiymətləri indeksi (CPI) artıb.

Fins.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Eurostat) Avro Zonasının dekabr ayı üzrə aparıcı inflyasiya məlumatlarını açıqlayıb.

Məlumatlara görə, Avro Bölgəsində noyabrda 2,4% olan illik inflyasiya dekabrda 2,9% olaraq müəyyən edilib. CPI dekabr ayında aylıq bazda  0,2% artdı.

Bloomberg sorğusuna əsasən, dekabrda Avrozonada illik inflyasiyanın 2,9 faiz olacağı gözlənilirdi.

İnflyasiyanın əsas komponentlərinə nəzər saldıqda ən yüksək illik inflyasiya  6,1% ilə qida, spirt və tütün məmulatlarında baş verib. Ərzaqdan sonra 4 faizlə xidmətlər,  2,5% ilə qeyri-enerji sənaye məhsulları gəlirsə, enerji məhsulları 6,7% azalıb.

Aİ-yə uyğun məlumatlara görə, dekabr ayında inflyasiya Slovakiyada  6,6%, Avstriyada  5,7%, Xorvatiyada  5,4%, Estoniyada 4,3%, Fransada 4,1%, Almaniya və İspaniyada 3,8%, Türkiyədə 3,3% olaraq təyin olundu. İtaliya və Belçikada isə 0,5 faiz təşkil edib.

Günel Məlikzadə
Fins.az