ABB mobile istifadəçiləri artıq əmanət hesablarını da birbaşa tətbiq üzərindən yarada bilərlər. ABB-nin yeni rəqəmsal əmanət məhsulu olan DigiDepozit-lə Bankda etibarlı qaydada vəsait yerləşdirib yüksək gəlir əldə etmək imkanı hər kəs üçün rahat və əlçatandır. Əmanət yerləşdirmək üçün Banka gəlməyə ehtiyac yoxdur. Müqavilə SİMA ilə təsdiqlənir.
Fins.az xəbər verir ki, bankda əmanəti ABB mobile tətbiqi vasitəsilə yerləşdirməyin bir çox başqa üstünlükləri də var. Əmanəti həm AZN, həm ABŞ dolları ilə yerləşdirmək mümkündür. Bir müştəri tətbiq üzərindən 20-yə qədər əmanət müqaviləsi yaradaraq 500 000 AZN-ə qədər vəsaiti Bankda yerləşdirə bilər. Minimal məbləğsə 300 AZN-dir. Faiz gəlirlərini həm müqavilə müddətinin sonunda, həm aylıq əldə etmək mümkündür. Müştərinin ABB mobile vasitəsilə əmanət müqaviləsini istədiyi vaxt ləğv etmək, yaxud müddəti avtomatik uzatmaq imkanı var.
ABB-də yerləşdirilən bütün əmanətlərin 100 000 AZN-ə qədər olan hissəsi Əmanətlərin Sığortalanması Fondu tərəfindən müvafiq qaydada sığortalanır.
DigiDepozit ABB mobile tətbiqinin iOS əməliyyat sistemində artıq aktivdir. Qısa müddətdə məhsul Androiddə də aktiv olacaq.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən, ABB mobile tətbiqindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.
Fuad Mədətov
Fins.az