İnflyasiya bütün dünya üzrə mərkəzi bankların iki ildən artıqdır ki, həll etməyə çalışdığı problem olsa da, Goldman Sachs-ın baş iqtisadçısı Yan Hatzius hesab edir ki, istehlakçılar üçün ağrılı dövr bitib.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, dünən Hatzius "Böyük inflyasiyanın çöküşü" başlıqlı qeyddə inkişaf etmiş bazarlardakı bir çox böyük mərkəzi bank, qiymət artımları azaldıqca 2024-cü ildə "daha tez və daha aqressiv" hərəkət etməyi planlaşdırır. O, faiz endirimi edəcəyini yazıb.
Hatzius önümüzdəki dövrdə üç ardıcıl 25 bəndlik faiz dərəcəsində azalma gözləyir. O bildirib ki, ixtisar gələn ilin birinci yarısında - yəqin ki, mart, may və iyun aylarında aparılacaq, həmçinin ilin sonuna kimi iki əlavə ixtisar baş verə bilər. Daha sonra 2025-ci ildə daha üç faiz endirimi gözləyir və Fed fondlarının faiz dərəcəsinin həmin ilin sentyabr ayına qədər 3,25-3,5 faiz aralığında qalacağını gözləyir.
İqtisadçıların əksəriyyəti ilin əvvəlində yaxınlaşan resessiyadan qorxsa da, Goldmanın baş iqtisadçısı FED-in ciddi iqtisadi böhran yaratmadan inflyasiyanı nəzarət altına ala biləcəyini müdafiə etdi. Onun fikrincə, ABŞ-da tənəzzül ehtimalı 35 faizdən cəmi 15 faizə qədər dəyişir və bu, onu bazarda ən optimist proqnozçulardan birinə çevirir.
Günel Məlikzadə
Fins.az