BANK

15 Dekabr

Azərbaycanın qiymətli kağızlar portfeli üzrə gəlirlər 442 milyon ABŞ dolları təşkil edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qiymətli kağızlar portfeli üzrə gəlirlər ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə artaraq 442 milyon ABŞ dolları təşkil edib.

Fins.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov bu gün keçirilən brifinqdə bildirib.

Bundan başqa, onun sözlərinə görə, 9 ay ərzində ölkənin təkrar gəlirlər balansı da profisitli olub, amma 1 il əvvələ nisbətən profisit azalıb: "Bu da ölkəyə daxil olan pul baratlarının məbləğinin azalması ilə bağlıdır. Ötən ilin eyni dövründə 2,8 milyard ABŞ dolları, bu il isə 1,28 milyard ABŞ dolları vəsait daxil olub. Bunun da 829 milyon ABŞ dolları Rusiyadan köçürülüb".

Fuad Mədətov
Fins.az