BANK

08 Dekabr

Hindistan Ehtiyat Bankı faiz dərəcəsini sabit saxlayıb

Hindistan Ehtiyat Bankı (RBI) benchmark repo dərəcəsini 6.50 səviyyəsində sabit saxladı.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, iqtisadçıların gözləntiləri faiz dərəcəsinin sabit qalacağı idi. Belə ki, bank ardıcıl 5-ci iclasında faiz dərəcəsini dəyişməyib.

Hindistan Siyasət Komitəsinin üç RBI və üç xaricdən ibarət beş üzvü faiz dərəcəsinin dəyişməz qalmasına səs verib.

Artan ərzaq qiymətləri və gözləniləndən daha yaxşı iqtisadi artım perspektivləri fonunda inflyasiyaya nəzarət əsas diqqət mərkəzində qaldı.

Günel Məlikzadə
Fins.az