Bu il noyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 440,4 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankından Fins.az-a verilən məlumata görə, bu, oktyabrın 1-i ilə müqayisədə 15,3% azdır.
Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 25,8%, son 1 ildə isə 31,8% azalıb.
Bu il oktyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,9% təşkil edib. Bu nisbət sentyabrın sonuna 2,3%, ötən ilin sonuna 2,9%, ötən il oktyabrın sonuna isə 3,2% olub.
Fuad Mədətov
Fins.az