Çin Xalq Bankı (PBOC) gündəlik istinad məzənnəsi vasitəsilə yuana dəstəyini artırıb.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Moody's-in Çinin kredit reytinqi ilə bağlı proqnozunu aşağı salmasından sonra investorların inamı mənfi təsirlənsə də, Çin Xalq Bankı (PBOC) gündəlik istinad məzənnəsi vasitəsilə yuana dəstəyini artırıb.
PBOC dollar/yuan gündəlik istinad məzənnəsini Bloomberg sorğusunda orta hesabla 7,1486 olan 7,1140 səviyyəsində müəyyən edib. İstinad dərəcəsi ilə Bloomberg gözləntiləri arasındakı fərq iki həftədən çox müddətdə ən yüksək səviyyəyə çatıb.
Bu, Pekin administrasiyasının valyutaya dəstək təşəbbüslərini artırdığını göstərirdi. Oversea Chinese Banking Corp. Strateq Kristofer Vonq, "Siyasət qurucuları yalnız sabit yuan görmək və Moody's-in hərəkətinin siyasətçilərin səylərini pozmasının qarşısını almaq istədikləri mesajını saxlamaq istəyirlər" dedi.
Moody's dünən Çinin yerli və xarici valyutada uzunmüddətli kredit reytinqinin "A1" səviyyəsində təsdiqləndiyini, ölkənin kredit reytinqi proqnozunun isə sabitdən mənfiyə endirdiyini açıqlayıb.
Qurum qərara əsas kimi ortamüddətli perspektivdə struktur və daimi aşağı artımla və ölkənin daşınmaz əmlak sektorunda davam edən daralma ilə bağlı riskləri göstərib.
Günel Məlikzadə
Fins.az