BANK

05 Dekabr

Moody's Çinin reytinq proqnozunu aşağı salıb

Kredit reytinq agentliyi Moody's Çinin reytinq proqnozunu sabitdən neqativə endirib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Moody's Çinin kredit reytinqini A1 səviyyəsində təsdiqləyib və reytinq proqnozunu sabitdən mənfiyə endirib.

Bildirilib ki, maliyyə sıxıntısı yaşayan bəzi bölgələrə və yerli hökumətlərə maliyyə dəstəyi veriləcəyinə dair sübutların artması Çinin maliyyə, iqtisadi və institusional gücünə aşağı yönlü risk yaratdığı üçün reytinq proqnozuna yenidən baxılıb.

Qərarda orta müddətli iqtisadi artımın davamlı olaraq azalacağı risklərinin artmasının da təsirli olduğu bildirilib.

Moody's Çinin kredit reytinqini sonuncu dəfə 2017-ci ildə Aa3-dən A1-ə endirdi ki, bu da 1989-cu ildən bəri ilk dəfə azalmadır.

Günel Məlikzadə
Fins.az