BANK

05 Dekabr

AccessBank-dan yeni sahibkarlar üçün 50%-ə qədər endirim kampaniyası

Sizin yerli Avropa bankınız – AccessBank biznes müştəriləri üçün əlverişli endirim kampaniyasına start verir.

Bankdan Fins.az-a bildirilib ki, kampaniya çərçivəsində yeni biznes müştəriləri üçün AccessBankın internet səhifəsində dərc edilmiş komissiyalar əvəzinə ölkə daxilinə yalnız internet bankinq üzrə olan köçürmələr üçün 0.04% (min.0,4 AZN - max. 50 AZN), ölkə xaricinə hər köçürmə əməliyyatı üzrə isə 0.15% (min. 30 USD ekv. - max. 200 USD ekv.), eləcə də nağd vəsaitin verilməsi üzrə 0.3%, MyCard Business kartının sifarişi üçün isə cəmi 10 AZN komissiya təklif edilir. 

Sahibkarlar üçün hər valyutada ilk biznes hesabının açılması komissiyasızdır. Əmək haqqı layihələri üzrə əmək haqqı kartları - ödənişsizdir.

Ölkədə sahibkarlıq fəaliyyətinə dəstək üçün nəzərdə tutulan yeni, müştəriyönümlü  kampaniyamız 1 aprel 2024-cü ilə qədər qüvvədədir.

AccessBank-ın yeni müştərisi olmaq üçün bankın filiallarına müraciət etmək və ya linkdəki forumu doldurmaq kifayətdir. Məhsul haqqında əlavə məlumatları accessbank.az saytından, Bankın sosial media hesablarından (Facebook, Instagram, LinkedIn) , həmçinin 151 Əlaqə mərkəzinə zəng edərək əldə etmək mümkündür.

Artıq 21 ildir Azərbaycanın bank sektorunda fəaliyyət göstərən AccessBank, 25 oktyabr 2002-ci il tarixində Mərkəzi Bank tərəfindən verilmiş 245 saylı lisenziya əsasında Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında fəaliyyət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır.  Bankın 14-ü Bakıda, 18-si bölgələrdə olmaqla, 32 filialı fəaliyyət göstərir.