BANK

01 Dekabr

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları artıb

Bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 10 milyard 615,9 milyon ABŞ dolları təşkil edib.

Fins.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, bu, noyabrın 1-i ilə müqayisədə 1 % çoxdur.

AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 18 %, son 1 ildə isə 33,2 % artıb.

Fuad Mədətov
Fins.az