BANK

30 Noyabr

“Azkredit” BOKT məsuliyyətə cəlb olunub

Bank Olmayan Kredit Təşkilatı (BOKT) “Azkredit” ASC-nin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb olunub.

Fins.az xəbər verir ki, bu barədə noyabrın 29-da Azərbaycan Respublikasının Mərkəzi Bankı (Mərkəzi Bank) məlumat yayıb.

Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq BOKT “Azkredit” ASC-nin vəzifəli şəxsi 1 500 manat cərimə edilib.

Qeyd olunan pozuntular təşkilatın maliyyə dayanıqlığına təsir etməyib.

Qeyd edək ki, Mərkəzi Bank maliyyə bazarlarının fəaliyyətinin sabitliyi və dayanıqlığının təmin edilməsi çərçivəsində həyata keçirdiyi tənzimlənmə və nəzarət tədbirləri ilə bağlı ictimaiyyətin məlumatlandırılması istehlakçıların və investorların hüquqlarının müdafiəsi və şəffaflığın təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Fuad Mədətov
Fins.az