BANK

29 Noyabr

Avstraliyada inflyasiya 4,8% olub

Avstraliyanın istehlak qiymətləri indeksi oktyabr ayına qədər olan 12 ayda 4,9 faiz artıb. İqtisadçılar əvvəlki ayda 5,6 faiz olan göstəricinin 5,2 faizə enəcəyini proqnozlaşdırmışdılar.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, ümumi inflyasiya 2022-ci ilin yanvar ayından bəri ən aşağı səviyyədə olub və 4,8 faiz təşkil edib.

Avstraliya Statistika Bürosunun (ABS) açıqladığı məlumatlara görə, ən çox qiymət artımı mənzil, qida və alkoqolsuz içkilər, eləcə də nəqliyyatda baş verib.

Günel Məlikzadə
Fins.az