BANK

27 Noyabr

Rusiya valyuta əməliyyatlarına yenidən başlayacaq

Rusiya Mərkəzi Bankı 2024-cü ilin yanvar ayından etibarən Milli Rifah Fondu ilə əlaqədar daxili bazarda valyuta əməliyyatlarına yenidən başlayacağını açıqlayıb.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Rusiya Mərkəzi Bankı tərəfindən edilən yazılı açıqlamada, 2024-cü ilin yanvar ayından etibarən valyuta bazarında əməliyyatların daxili bazarda davam edəcəyi ifadə edildi.

Açıqlamada bildirilib ki, valyuta əməliyyatları Milli Rifah Fonduna yönəldiləcək, “Valyuta bazarında aparılan əməliyyatlar Milli Rifah Fonduna daxilolmalara və fondun xərclənməsinə yönəldiləcək”. 

Rusiya Mərkəzi Bankı rublun ucuzlaşması ilə əlaqədar avqustun 10-da xarici valyuta alışını dayandırıb.

Rusiyanın büdcə qaydalarına görə, neft və təbii qaz gəlirləri azaldıqda Milli Rifah Fondundan valyuta satılır, gəlirlər artdıqda isə xarici valyuta alınır.

Günel Məlikzadə
Fins.az