BANK

27 Noyabr

Avtomobillərin icbari sığortası ABB mobile-da

ABB mobile tətbiqi vasitəsilə təqdim edilən sığorta xidmətlərinin çeşidi artır. İndi icbari nəqliyyat sığortasını da ABB mobile-la əldə etmək mümkündür.

Bankdan Fins.az-a bildirilib ki, ölkəmizdə özünün mobil bank əlavəsi vasitəsilə sığorta xidməti təqdim etmiş ilk banklardan olan ABB bu imkanı “Atəşgah” sığorta şirkəti ilə tərəfdaşlıq əsasında yaradıb.

Müxtəlif sığorta məhsullarını ABB mobile tətbiqindən əldə etməyin üstünlüyü bunun son dərəcə rahatlığı, sadəliyi, cəmi bir neçə toxunuşla sürətli şəkildə həyata keçirilməsidir.

Daha bir üstünlük isə budur ki, müştərilər sığorta müqavilələrini ABB mobile tətbiqində görə bilirlər. Tətbiq vasitəsilə sığorta müqavilələrinin müddətinin bitmə tarixini izləmək mümkündür. Daha ətraflı məlumatları buradan əldə edə bilərsiniz.

Yaxın zamanlarda ABB mobile tətbiqində digər sığorta məhsullarından da istifadə mümkün olacaq.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.