BANK

26 Noyabr

ECB faiz dərəcələrini artırmayacaq - Fransua Villeroy

Avropa Mərkəzi Bankında faiz dərəcələri ilə bağlı xətlər getdikcə aydınlaşır.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, bankın İdarə Heyətinin üzvü Fransua Villeroy bildirib ki, gözlənilməz vəziyyət yaranmayınca ECB faiz dərəcələrini artırmayacaq.

France 5 televiziyasına danışan Villeroy, "Sürprizlər istisna olmaqla, ECB-nin faiz artıracağını düşünmürəm" dedi.

Faiz dərəcələrində mərhələli endirimlərin bir gün ediləcəyini ifadə edən Villeroy, "ancaq o nöqtədə deyilik" dedi.

Son aylarda güclü deinflyasiya tendensiyasını alqışlayan Villeroyun sözlərinə görə, ECB-nin yumşaq eniş əldə etməsi mümkündür.

Günel Məlikzadə
Fins.az