BANK

26 Noyabr

Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) noyabr ayı üçün real sektor güvən indeksini açıqlayıb

Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) noyabr ayı üçün real sektor güvən indeksi və tutumlardan istifadə nisbətlərini açıqlayıb.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, real sektor güvən indeksi noyabrda əvvəlki ayla müqayisədə 3,1 bənd azalaraq 100,2 olub.

2023-cü ilin noyabr ayında mövsümi təsirlərdən təmizlənmiş Real Sektor Güvən İndeksi (RKGE-MA) əvvəlki aya görə 1,4 bənd azalaraq 103,9 səviyyəsində olub.

Önümüzdəki on iki ayın sonunda illik ÜFE gözləntisi bir əvvəlki aya görə 1,3 bal azalaraq 61,2%-ə çatdı.

TCMB məlumatlarına görə, noyabr ayında emal sənayesində tutumlardan istifadə nisbəti yüzdə 78 olub. Əvvəlki göstərici 77,4 faiz olaraq müşahidə edilib.

Mövsümi təsirlərdən təmizlənmiş Tutum İstifadə Oranı (CUR-MA) emal sənayesi daxilində bir əvvəlki aya görə 0,7 bal artaraq 77,5%-ə çatdı.

Günel Məlikzadə
Fins.az