BANK

26 Noyabr

İngiltərədə bu il üçün 0,2%-lik daralma gözləntisi 0,6% artıma revize edilib

İngiltərədə bu il üçün 0,2 faizlik daralma gözləntisi 0,6% artıma revize edilmiş, 2024 və 2025 proqnozları isə aşağı salınmışdır.

Büdcə Məsuliyyəti İdarəsinin (OBR) verdiyi açıqlamada bu il ölkə iqtisadiyyatının 0,6 faiz artacağı bildirilib. Əvvəlki təxmin 0,2 faiz azalma idi.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki,  2024-cü il üçün iqtisadi artım proqnozu mart ayındaki 1,8 faiz proqnozdan 0,7 faizə endirilib. 2025-ci ildə iqtisadiyyatın 1,4 faiz artacağı proqnozlaşdırılırdı. Əvvəlki təxmin 2025-ci il üçün 2,5 faiz idi.

Bundan əlavə, oktyabr ayında illik bazda 4,6 faiz olan inflyasiyanın 2024-cü ilin sonunda 2,8 faizə enəcəyi təxmin edilirdi. İngiltərə Bankının 2 faizlik inflyasiya hədəfinə 2025-ci ildən əvvəl nail olunmayacağı bildirilib.

Böyük Britaniyanın maliyyə naziri Ceremi Hant, payız büdcəsi tənzimləmələri ilə bağlı parlamentdəki çıxışında, gələn ildən ölkədə pensiyaların 8,5 faiz, sosial yardım və işsizlik müavinətlərinin isə 6,7 faiz artırılmasına qərar verildiyini qeyd edib.

Günel Məlikzadə
Fins.az