Avropa İttifaqı (Aİ) istiqraz ticarətində karteldə iştirak etdiyi üçün Rabobank-ı 26,6 milyon avro cərimələyib.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Aİ Komissiyası Deutsche Bank və Hollandiya mərkəzli Rabobankın avro ilə istiqraz ticarətində kartel qurduğunun müəyyən edildiyini açıqladı.
Açıqlamada Rabobankın avro ilə müəyyən istiqrazların alqı-satqısı ilə bağlı kartelə qatıldığı üçün 26,6 milyon avro cərimə olunduğuna diqqət çəkilib.
Deutsche Bank-ın da karteldə iştirakının aşkar edildiyi vurğulanıb və Deutsche Bank-ın karteli Komissiyaya açıqlamasına görə 156 milyon avroluq cəzadan azad edildiyi bildirilib.
Açıqlamada həmçinin qeyd edilib ki, araşdırma 2006-2016-cı illər arasında iki bankın bəzi treyderlər vasitəsilə kommersiya baxımından həssas məlumatları paylaşıb, ticarət və qiymət strategiyalarını koordinasiya edib.
Günel Məlikzadə
Fins.az