BANK

22 Noyabr

Azərbaycanın strateji valyuta ehtiyatları 34 aylıq mal və xidmət idxalına kifayət edib

Bu ilin yanvar-sentyabr ayları ərzində ölkənin strateji valyuta ehtiyatları beynəlxalq qəbul edilmiş kifayətlilik normalarını üstələməkdə davam edib.

Fins.az Azərbaycan Mərkəzi Bankının "Pul Siyasəti İcmalı"na istinadla xəbər verir ki, sentyabrın sonuna ölkənin strateji valyuta ehtiyatları 34 aylıq mal və xidmət idxalına kifayət edib (2023-cü ilin I yarısı üzrə mal və xidmət idxalı götürülməklə).

Strateji ehtiyatlar manatla pul kütləsini (M2) 3,4 dəfə üstələyib (2023-cü ilin 9 ayının yekunu üzrə olan M2 pul aqreqatı götürülməklə).

Fuad Mədətov
Fins.az