BANK

25 Noyabr

Yellendən inflyasiya şərhi

ABŞ Maliyyə Naziri Yellen ABŞ-ın məşğulluq bazarının güclü vəziyyətini nəzərə alaraq inflyasiyanın azaldılmasında "əhəmiyyətli irəliləyiş" əldə etdiyini söylədi.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, 2022-ci ildə 9 faizi keçərək rekord qıran inflyasiya, FED-in aqressiv faiz artırma siyasəti ilə oktyabr ayında 3,2 faizə düşüb. Qiymətlər keçən ilki kimi sürətlə artmasa da, qiymət artımları davam edir.

 Yellen, "İnflyasiyanın azaldılmasında əhəmiyyətli irəliləyişlər əldə edirik. Ən əsası bunu edərkən iqtisadiyyatımız və məşğulluq bazarımız güclü olaraq qalır. Bu, amerikalılar üçün yaxşı xəbərdir" dedi.

Çin ilə ikitərəfli əlaqələrə toxunan Yellen iki ölkənin birlikdə işləmək fürsətini dəyərləndirdiyini bildirib.

Günel Məlikzadə
Fins.az