BANK

25 Noyabr

ECB rəsmisindən faiz mesajı

ECB İdarə Heyətinin üzvü və Belçika Mərkəzi Bankının sədri Pierre Wunsch dekabr və yanvar iclaslarında faiz dərəcələrinin dəyişməməsi lazım olduğunu bildirib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Vunş bildirib ki, əgər bazarlar aprel ayında depozit faizlərində ilk azalmanı gözləsələr, bu, qurumun siyasət mövqeyini sarsıdacaq və daha çox faiz artımı tələb oluna bilər.

"Hər kəs faiz dərəcələrini aşağı salacağımıza inanırsa, bu problemdirmi? O zaman pul siyasəti kifayət qədər məhdudlaşdırıcı olmayacaq. Bu, yenidən başqa istiqamətdə korreksiya riskini artırır", - Vunş bildirib.

ECB keçən ay ilk dəfə olaraq uzun müddətdir davam edən sərtləşdirmə dövründən fasilə verdi və inflyasiya hədəfə qayıdana qədər faiz dərəcələrinin 'kafi bir müddət ərzində' yüksək qalacağı ifadə edildi.

Günel Məlikzadə
Fins.az