San-Fransisko Fed-in prezidenti Meri Deyli çərşənbə günü Financial Times-a verdiyi müsahibədə faiz artımı dövriyyəsini çox tez bitirmək barədə xəbərdarlıq edib.
Fins.az Financial Times-a istinadən xəbər verir ki, Daly mərkəzi bankın istehlak qiymətlərinin artımını 2 faiz hədəfinə qaytarmaq üçün kifayət qədər iş görüb-qoşmadığına dair qeyri-müəyyənliyi nəzərə alaraq, növbəti faiz artımını istisna etməkdən imtina etdi.
FT-nin məlumatına görə, o, maliyyə şərtlərini yüngülləşdirən ABŞ dövlət istiqrazlarının faizlərinin son vaxtlar kəskin azalmasından o qədər də narahat olmadığını bildirib.
Günel Məlikzadə
Fins.az