Azərbaycan Banklar Assosiasiyası ilə Türkiyə Banklar Birliyinin təşkilatçılığı, VISA ilə tərəfdaşlıq çərçivəsində keçiriləcək FINTEX SAMMİT İSTANBUL 2023 (MALİYYƏ VƏ TEXNOLOGİYALAR EXPO) tədbirinin spikerləri məlum olmuşdur. Sammit 5-6 dekabr 2023-cü il tarixində, Türkiyənin İstanbul şəhərində, Wyndham Grand Istanbul Levent mehmanxanasında keçiriləcək. Sammitin mövzusu “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex və Təhlükəsizlik”dir.
ABA-dan Fins.az-a verilən məlumata görə, spikerlərin tərkibi və proqramının tərtibi ilə unikal platforma olacaq Sammitdə Türkiyənin və digər ölkələrin bankçılıq və maliyyə ekosistemində tanınmış ekspertlərin 8 panel müzakirəsi və keynote çıxışlarla iştirak edəcəyi gözlənilir.
Sammitin panelləri: Rəqəmsal bankçılıq məhsulları və xidmətləri; Maliyyə xidmətlərində texnologiyadan istifadə; Ödəniş sistemləri; rəqəmsal və məsafədən onbordinq; Rəqəmsal bankçılığın tənzimlənməsi; Rəqəmsal maliyyədə AML/CFT; Maliyyə texnologiyaları və trendləri: banklar və ödəniş sistemi təchizatçılarının əməkdaşlığı; ESG və rəqəmsal maliyyə yanaşması.
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı, Türkiyə Bank Tənzimləmə və Nəzarət Qurumu, Türkiyə Maliyyə Cinayətləri Araşdırma Şurası, Türkiyə Banklar Birliyi, Azərbaycan Banklar Assosiasiyası, Visa, Ziraat Bankası, Denizbank, Enpara, Papara, İş Bankası, Fibabanka, UPT, Compass Plus Technologies, Türkiyə Kredit Bürosu, Misyon Yatırım Bankası, Aktif Yatırım Bankası, Sechard, Garanti Bankası, Türkiyə Banklararası Kart Mərkəzi, Sipay Digital Money and Payment Services, Yapı ve Kredi Bankası, Şekerbank, Vakıflar Bankası, fraud.com, KPMG, Deloitte, EY, PWC, Pasha Yatırım Bankası, Aktif Bank, Hayat Finans Katılım Bankası, One4All Consultancy and Technology Services Inc., AkÖde, Aktif Ventures, QNB Finansbank, Akbank və digər təşkilatlardan rəhbər şəxslər Sammitdə spiker qismində çıxış edəcəklər.
Sammitin gündəliyi ilə tanış olmaq və qeydiyyat üçün aşağıdakı linkə keçid edə bilərsiniz: //www.gbmevents.az/en/event/finance-and-technologies-expo-fintex-istanbul
FINTEX 2023 tədbirini xatırlayaq:
- FINTEX SUMMIT 2023 - FINANCE AND TECHNOLOGIES EXPO
Visa Fintex barədə:
- VISA-Cristina Doros-FINTEX SUMMIT
FINTEX SAMMİT tənzimləyici orqan, banklar, fintexlər, assosiasiyalar, beynəlxalq maliyyə təşkilatları, yerli səfirliklər, akademik dairələr, tanınmış şirkətlərin rəhbər nümayəndələrini, qərar qəbuledicilər və influenserləri bir araya gətirir.
Sammitə qatılmaq üçün unikal fürsəti qaçırmayın.
Əlaqə vasitələri:
[email protected], [email protected] və [email protected]
Günel Məlikzadə
Fins.az