Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov sabah “Qazaxıstan maliyyəçilərinin XI konqresi”ndə iştirak edəcək.
Fins.az xəbər verir ki, bunu o, "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Bu gündən Qazaxıstana işgüzar səfərim başlayır. Səfər çərçivəsində “Qazaxıstan maliyyəçilərinin XI konqresi”ndə çıxışım və bir sıra mərkəzi bankların sədrləri ilə görüşlərim nəzərdə tutulur", - deyə o qeyd edib.
Tədbiri Qazaxıstan Milli Bankının himayəsi altında Qazaxıstan Maliyyəçilər Assosiasiyası ilə Qazaxıstanın Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyi təşkil edir. Konqres zamanı "Digital Tenge" layihəsinin icrası ilə bağlı təqdimat keçiriləcək.
Fuad Mədətov
Fins.az