BANK

13 Noyabr

Azərbaycanda inflyasiya 10,2%-ə enib

2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda inflyasiya 10,2%-ə enib. Bu isə 9 aylıq göstərici ilə müqayisədə 0,7% bəndi azdır.

Fins.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə inflyasiya 11,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 9,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 9,1 faiz təşkil edib. 2023-cü ilin oktyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,4 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 103,9 faiz təşkil edib.

Fuad Mədətov
Fins.az